Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsi faktı ilə bağlı araşdırmalara başlamışıq.
Bu sözləri KONKRET.az-a açıqlamasında XİN sözçüsü Ayxan Hacızadə Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Ağamir Əzimov ilə bağlı sorğumuza cavab verərkən deyib.
“Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə məlumat verəcəyik”, – XİN rsəmisi əlavə edib.
Qeyd edək ki, A.Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.