Əsirlərə işgəncə verilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olundubackend

Əsirlərə işgəncə verilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olundu

Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qalması ilə bağlı faktlar ortaya çıxıb, bunu əks etdirən video yayılıb.

Ombudsman aparatından KONKRET.aza verilən məlumata görə, bu videoda Ermənistan silahlı qüvvələri tərəfindən əsir olaraq ələ keçirilmiş Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qaldıqları görünür.

Əsir və girovluqda olan soydaşlarımıza qarşı işgəncə hallarına son verilməsi və onların qaytarılması ilə bağlı Azərbaycan Ombudsmanı mandatı çərçivəsində aidiyyəti beynəlxalq qurumlara müraciətlər edib və bu məsələni davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*