Eskalatorlar niyə işləmir? – QURUMDAN AÇIQLAMAbackend

Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA

Yolüstü keçidlərdə çox pilləli və dik pilləkanlar bu kimi keçidlər piyadaların rahat hərəkətini əngəlləyir. Yolu keçmək əsasən də yaşlı insanlar üçün böyük çətinlik yaradır. 

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, piyadaların fikrincə, eskalatorların quraşdırılması və işlək vəziyyətdə olması gündəlik insanların yaşam tərzinə müsbət təsir etməklə yanaşı vaxt itkisinin də qarşısını alır.

Bəs bəzi eskalatorlar özü olsa da niyə işləmirlər? 

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, pilləkən hissələrin eskalatorla əvəzlənməsi artıq mümkün deyil:

“Çünki bu piyada keçidlərinin tikilməsi zamanı həmin amillər nəzərə alınmayıb. Eskalatorların işlək vəziyyətə gətirilməsinə gəldikdə isə hər hansı eskalatorda texniki nasazlıq aşkarlanarsa, xüsusi təmir briqadaları eskalatora baxış keçirirlər. Mümkün olarsa, onun yenidən işlək hala gəlməsi üçün təmir işləri görülür. Əgər təmiri mümkün deyilsə, xüsusi müəssələrdə ehtiyat hissələrinin təmir bərpası aparılır. Bəzi hallarda isə eskalatorun detal hissələri xarici ölkələrdən sifariş olunur. Bunların sifarişi və ölkəyə gətirilməsi vaxt tələb etdiyindən bəzi eskalatorların təmiri bir qədər gecikir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*