Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən “Çərşənbə söhbətləri” çərçivəsində “Kərkükdən çıxdıq yola, Bakıda verdik mola” mövzusunda gecə keçirilib.
KONKRET.az xəbər verir ki, Kərkük türkləri olan Zeynalabidin Kehye və Hüseyn Şükür tərəfindən keçirilən tədbirdə 50-dən çox gənc və dərnək üzvləri iştirak edib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Spikerlər Eskişehir Azərbaycanlılar Dərnəyi Başqanı Cavid Aydın tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, “Çərşənbə söhbətləri” hər həftənin çərşənbə günü saat 20.00-da keçirilir. Hər həftə fərqli qonaqlar tərəfindən fərqli mövzularda təlim, seminarlar təşkil edilir. Ötən həftə Eskişehirin yerli televiziya kanallarından biri olan EsTV-nin Genel Yayın Yönetmeni Soner Yüksel tərəfindən “Medianın Gücü və Günümüzdə Media Anlayışı” haqqında söhbət həyata keçirilib.
Xatırladaq ki, Eskişehir Azərbaycanlilar Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdirmaq olan dərnək bu günə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib.