“Əsrin fırtınası” gəlirbackend

"Əsrin fırtınası" gəlir

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də baş verən fırtınalar getdikcə daha ölümcül və dağıdıcı xarakter alır. Alimlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə ölkə “əsrin fırtınası” adlandırılan güclü təbii fəlakətlə qarşılaşa bilər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, CNN-in məlumatına görə, 1940-2025-ci illər arasında ABŞ-in şimal-şərq bölgəsində qeydə alınan fırtınalar araşdırılıb. Tarixi məlumatlar və siklon izləmə alqoritmləri vasitəsilə aparılan analiz nəticəsində ümumilikdə 900 fırtına hadisəsi təhlil olunub.

Tədqiqatçılar küləklərin maksimal sürətində təxminən 6% artım müşahidə edildiyini bildiriblər. Pensilvaniya Universitetindən iqlimoloq Maykl Mann qeyd edir ki, bu artım fırtınaların dağıdıcı gücünü 20% artırır və nəticədə daha geniş ərazilərdə ciddi dağıntılara səbəb ola bilər.

Bundan əlavə, dəyişən hava şəraiti əvvəlki göstəricilərlə müqayisədə 10% daha çox yağıntı gətirə bilər. Bu isə ABŞ-də artıq müşahidə olunan daşqın risklərinin daha da yüksəlməsi deməkdir.

Alimlər bildirirlər ki, indiyədək baş verən ən güclü fırtına – əvvəlki “əsrin fırtınası” 1993-cü ilin mart ayında qeydə alınıb. Həmin vaxt küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saat) çatıb və nəticədə 200 nəfər həyatını itirib.

İqlim mütəxəssisləri iqlim dəyişikliyinə qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar. Əks halda, bu cür ekstremal hava hadisələrinin tezliyi və şiddəti artmaqda davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*