Avropa Tramp və Zelenski arasında Ağ Evdəki mübahisədən sonra münasibətlərin tənzimlənməsi, həmçinin ABŞ-Aİ münasibətlərinin necə yaxşılaşdırılacağı barədə düşünür.
KONKRET.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib:
“İndi biz nə edə biləcəyimizi düşünürük. Zelenskiyə və Trampa münasibətləri yaxşılaşdırmağa necə kömək edə bilərik? Ümid edirəm ki, Avropa Birləşmiş Ştatların daha etibarlı tərəfdaşı olmaq üçün əlindən gələni edəcəkdir”.
Vəli Həsənoğlu,
KONKRET.az