Estoniya Rusiya vətəndaşları üçün sərhədlərini bağlayır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.
Həmçinin, məhdudiyyətlər Estoniyaya girişi humanitar səbəblərə görə zəruri olan şəxslərə, respublika vətəndaşlarının yaxın qohumlarına və ya Estoniyada daimi yaşamaq icazəsi olanlara şamil edilməyəcək.