Estoniyadan Türkiyə açıqlaması: Azərbaycan və Ermənistan arasında sülh…backend

Estoniyadan Türkiyə açıqlaması: Azərbaycan və Ermənistan arasında sülh…

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində Türkiyənin əhəmiyyətli rolundan danışıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Diplomatın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyin qorunmasına mühüm töhfə verir:

“Keçən həftə mən Azərbaycanda səfərdə oldum. Türkiyə Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də strateji ticarət dəhlizlərinin inkişafına fəal şəkildə töhfə verir. Biz Ankara ilə həm ikitərəfli səviyyədə, həm də müxtəlif regional formatlarda sıx əməkdaşlıq edirik,” – deyə Tsahkna vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*