Ət və südün qiyməti tezliklə bir neçə dəfə bahalaşacaq – İrandabackend

Ət və südün qiyməti tezliklə bir neçə dəfə bahalaşacaq - İranda

İranın Fermerlər Birliyinin İdarə Heyətinin rəisi Fərhad Əkbəri tezliklə ölkədə ət və süd qiymətlərinin dəfələrlə bahalaşacağını deyib.

KONKRET.az xəbər verir ki, o, buna səbəb kimi damazlıq heyvanların kütləvi şəkildə kəsilməsini göstərib. Fərhad Əkbərinin sözlərinə görə, bu proses davam edərsə, gələn aylarda ölkədə ət və südün qiymətinin kəskin bahalaşması müşahidə olunacaq.

O bildirib ki, fermerlər yoxsullaşdıqları üçün heyvanları saxlamağa imkanları yoxdur. Buna görə də son aylar ərzində damazlıq heyvanlar da daxil olmaqla heyvan kəsimi 20 faiz artıb. Bu isə məsulların vəziyyətin necə olduğunu düşünməsi üçün ciddi xəbərdarlıq hesab edilməlidir. Heyvanların yem təminatı ilə yanaşı, son aylarda ölkədə su qıtlığının yaşanması və suyun qiymətinin qalxması da bu prosesə öz təsirini göstərib.

“Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*