Etirazçılar Paşinyanın Sünik bölgəsinə girişinə icazə vermir: Polislə əhali arasında qarşıdurma – VİDEObackend

Etirazçılar Paşinyanın Sünik bölgəsinə girişinə icazə vermir: Polislə əhali arasında qarşıdurma - VİDEO

Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər. 

KONKRET.az news.am-a istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq üçün “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.

“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə – Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.

Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə gəlişinə mane olmağa çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*