Ev tapşırıqlarının ləğvi TƏKLİF OLUNDUbackend

Ev tapşırıqlarının ləğvi TƏKLİF OLUNDU

Rusiya Dövlət Duması məktəblilər üçün ev tapşırıqlarını ləğv etməyi təklif edib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu təşəbbüsü Dövlət Dumasının vitsespikeri Vladislav Davankov səsləndirib.

“Oğlum deputat olduğumu biləndə dərhal ev tapşırığını ləğv edən qanun yazmağımı istədi. Bu gün Moskvanın valideynləri ilə görüşdə anladım ki, vaxt yetişib”, – vitsespiker deyib.

Davankov bildirib ki, məsələni yaxın vaxtlarda Moskva Təhsil və Elm Departamenti ilə görüşdə müzakirə etmək niyyətindədir.

Deputat hesab edir ki, ev tapşırığının ləğvi təkcə uşaqların deyil, müəllimlərin də həyatını asanlaşdıracaq.

O həmçinin Moskvada robototexnika, 3D modelləşdirmə, neyron şəbəkələri və proqramlaşdırma üzrə pulsuz dərslərin sayının artırılmasını təklif edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*