Evdən qaçdığı üçün öldürülən Aybənizin qətli ilə bağlı YENİ TƏFƏRRÜATLARbackend

Evdən qaçdığı üçün öldürülən Aybənizin qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Bu gün Abşeron rayonu ərazisində Ağsu rayon Pirhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nazim Əliyevin qızı, 33 yaşlı Aybəniz Abdullayevanı qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

KONKRET.az-ın ailənin yaxınlarından əldə etdiyi məlumata görə, A.Abdullayeva ailəli olsa da ata evində yaşayıb.

“Bir müddət əvvəl o, tanışı ilə qaçıb. Lakin həmin adam ona sahib çıxmayıb. Bu səbəbdən Aybəniz anasına zəng vuraraq evdən qaçdığı adamın onu aldatdığını bildirib. Ana baş verənləri həyat yoldaşına danışıb. Aybənizin atası qızına heç nə etməyəcəyini bildirərək anasından onun yerini dəqiqləşdirib”.

Bildirilib ki, hadisə elə bundan sonra baş verib. Belə ki, Nazim Əliyev qızını tapıb və onu Abşeron rayonu ərazisində qətlə yetirib. Hadisədən sonra o, taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

Qeyd edək ki, N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada cinayət törətdiyinə görə məhkum olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*