“Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi”backend

"Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi"

“1972-ci ilin sonlarında ailədəki vəziyyətlə əlaqədar çörək zavodunda işləyirdim. Pul gətirməsəydim analığım mənə çörək vermirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Şən gənc” verilişində deyib. O, 17 yaşından zavodda işləmək məcburiyyətində qaldığını açıqlayıb: “Böyük bir maşın idi. Bellə un tökürsən. Bu yanda da şirə. Vedrə ilə onu tökmək lazımdır. Yerə dağılsa, maaşından kəsəcəklər. Sonra hazır pryanikləri həmin taxta bellə götürüb stolun üstünə tökürsən. Onda mənim heç 17 yaşım yox idi. Və o vaxtdan pryanik yemirəm. Bu gün, sabah 70 yaşım olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*