Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı prezidentə təşəkkür etdilərbackend

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı prezidentə təşəkkür etdilər

Əvəz Zeynallının azadlığa buraxılması üçün müraciət edən hüquq müdafiəçıləri, ziyalılar, mediya rəhbərləri, ictimai-siyasi təşkilat rəhbərləri prezidentə təşəkkür ediblər.

KONKRET.az həmin müraciəti təqdim edir:

Cənab Prezident!

“Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının həbsdən azad olunması ilə bağlı
hüquq müdafiəçiləri, ziyalılar, mediya nümayəndələri, ictimai təşkilat rəhbərlərinin
ünvanladığı müraciətə kifayət qədər çevik və müsbət cavab verildiyi üçün Sizə dərin
minnətdarlığımızı bildiririk!

Dünyada baş alıb gedən xaotik proseslər fonunda xalqımızın milli həmrəyliyə çox ehtiyacı
olduğu dövrdə atdığınız bu humanist addım dövlətimizə əminliyimizi bir daha
təsdiqləmişdir!

İnanırıq ki, öz vətəndaşlarına olan bu humanist addımlar Sizin tərəfinizdən davam
edəcəkdir!

Cənab prezident!
Bir daha Sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar diləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*