Evin küncünə atılmaq təhlükəsi – Əli Məhərrəmli yazırbackend

Evin küncünə atılmaq təhlükəsi - Əli Məhərrəmli yazır

Əli Məhərrəmli

Bəlkə də inanmayacaqsınız, amma araşdırmalarım göstərir ki, kişilərin mənəvi və fizioloji özgüvən yetərsizliyinə səbəb qadınlar tərəfindən sıxma-boğmaya salınmalarıdır.

“Qəzənfər, yanında kim var?” “Görüntülü yığ, görüm harda boğmalanırsan?”, “Sənin statusuna rəy yazan əyrimçə kimdir elə?”, “Telefonun parolunu niyə dəyişmisən?” və s.

Kişi dediyin bir az avaragor olmalıdır. Sığallı, əzməli-büzməli, intizamlı, hesabatlı olmalı deyil. Ay qardaş, ər-arvad tanıyıram, müştərək feysbuk səhifəsi işlədirlər. Guya bunlar bu qədər dürüst və sədaqətlidirlər də! Çox əttökən söhbətdir. Qız on dəqiqədə bir zəng edir ərinə, nəfəs aldırmır. O da baxıram ki, artıq tükənib, ortada ailə, uşaq var deyə özünü yalandan xoşbəxt göstərib həyatı yola verir. Oğlana deyirəm bu nə “jizndir” əə yaşayırsan? Deyir yoldaşım qısqancdır də, məni gözündən qoymur. İstədim soruşam ki, tualetə-zada da bir yerdə gedirsiniz? Day utandım, ar elədim.

Əzizlərim, hər bir insanın özünə aid bir sirri, bir məhrəmi olmalıdır. Biz həyat partnyorumuzu bundan məhrum etdikcə, onun azadlıq və özgüvən hissini də boğuruq. Mənəvi və fizioloji olaraq yeknəsəqlik və süstlük yaradırıq. Xanımlar, ara-sıra kişilərinizə sərbəstlik verin, göz yumun, görməzdən gəlin. Təbii ki, ipin ucunu buraxmadan. İnanın mənə, zamanla həmin insan sizə daha əmin və cazib təsir bağışlayacaq. Əks halda kişiləriniz zamanla heç kimə lazım olmayan, evin bir küncünə atılan, kütləşmiş bıçağa bənzəyəcəklər. Odur ki, kişilərə xarakterlərini itiləmək üçün şans verin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*