Evini tərk edən daha bir koronavirus xəstəsi saxlanıldıbackend

Evini tərk edən daha bir koronavirus xəstəsi saxlanıldı

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, rayon sakini Xanlar Zeynalova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin o, təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxs tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*