“Evlənmək camaata düşmür, təcrübəmdən deyirəm”backend

“Evlənmək camaata düşmür, təcrübəmdən deyirəm"

İllər əvvəl ABŞ-a köçən Azad Azərbaycan (ATV) kanalının keçmiş teleradioaparıcısı Günel Hümbətova dünya şöhrətli cütlük Cennifer Lopez və Ben Afflekin boşanması xəbərinə münasibət bildirib.

KONKRET.az olay-a istinadən bildirir ki, Günel məşhur “ər-arvadın” fotosunu instaqramda paylaşaraq Las Veqasda evlənən cütlüklərin taleyində ayrılıq işarəsinin olduğunu yazıb.

“Las Veqasda evlənmək camaata düşmür. Nəzərə alın. Şəxsi təcrübəmdən deyirəm”, – deyə G.Hümbətova bildirib.

Qeyd edək ki, Hümbətova keçmiş əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə Las Veqasda ailə qurub. Onların Jozefina adlı bir qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*