Evlənməyə hazırlaşan yaşlı cütlük bir-birini DÖYDÜ – VİDEObackend

Evlənməyə hazırlaşan yaşlı cütlük bir-birini DÖYDÜ - VİDEO

Türkiyənin Samsun vilayətinin Bafra rayonunda evlənməyə hazırlaşan yaşlı cütlük mübahisə zamanı bir-birini döyüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, Əmirəfəndi Məhəlləsi Yelkenci 1 küçəsində yaşayan 81 yaşlı kişi evlənməyə hazırlaşdığı 71 yaşlı qadınla evdə mübahisə edib.

Dava zamanı yaşlı cütlük bir-birini mətbəxdəki əşyalarla döyüb.

Hadisə yerinə polis və tibb işçiləri gəlib.

Davada xəsarət alan cütlük təcili yardım avtomobili ilə Bafra Dövlət Xəstəxanasına aparılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*