Evmenov: “ABŞ bu raketlərlə Rusiyanın bütün ərazisini vura bilər”backend

Evmenov: “ABŞ bu raketlərlə Rusiyanın bütün ərazisini vura bilər”

“ABŞ gəmiləri “Tomaqavklar”la Rusiya hədəflərinə çata bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Evmenov “Krasnaya Zvezda” nəşrinə müsahibəsində bildirib.

Admiralın sözlərinə görə, bu raketlərin istifadə diapazonu onlara Rusiyanın əksər ərazilərində hədəfləri vurmağa imkan verir. O, digər amillərlə yanaşı, Atlantik və Sakit okeanlarda, eləcə də Aralıq dənizində xarici ölkələrin güclü hərbi-dəniz qruplarının mövcudluğunu qeyd edib. Evmenov onu da əlavə edib ki, Rusiyanın Arktikada maraqlarını pozmaq planları nəzərdən keçirilir.

“Rusiyanın digər ordu növləri və bölmələri ilə birlikdə bu təhdidləri dəf etməyə və təcavüzdən çəkindirməyə qadir müasir hərbi donanması olmalıdır”, – deyə o, fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*