Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Tokio Olimpiadasının bağlanış mərasimi zamanı Olimpiya bayrağını Paris meri Anne Hidalqoya təhvil verib. 2024-cü ildə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsi yarışın Tokiodan təhvil verilməsi çərçivəsində planlaşdırıldığı kimi, Eyfel Qülləsi üzərində Olimpiya bayrağının qaldırılmasını təşkil edə bilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb hava şəraiti olub. Fransanın paytaxtı 2024 -cü il iyulun 26-dan avqustun 11-dək növbəti Yay Oyunlarına ev sahibliyi edəcək.
Ssenariyə görə, ötürülən bayraq Eyfel qülləsində qaldırılmalı idi, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar bu baş verməyib.