Əziz Niko, sənə yeni il üçün dostca tövsiyə verirəm: başqalarından yardım istəməkdən və yunan xalqının nüfuzunu zədələməkdən əl çək.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.
O, Yunanıstan xarici işlər naziri Nikos Dendiasa növbəti illə bağlı mesaj verib.
“2021-ci il səmimi və ciddi şəkildə müzakirələr aparacağımız bir il olsun”, – Çavuşoğlu bildirib.
Qeyd edək ki, Dendias sosial şəbəkə hesabında Türkiyəyə qarşı silah embarqosu məsələsini gündəmə gətirib. (axar.az)