F-35-lə bağlı danışıqlar başlayıb… – Ərdoğanbackend

F-35-lə bağlı danışıqlar başlayıb... - Ərdoğan

Türkiyə beşinci nəsil F-35 qırıcı proqramına qayıtması ilə bağlı tərəfdaşları ilə danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz F-35-dən imtina etməmişik. Layihəyə qayıtmaq niyyətimizi həmsöhbətlərimizlə müzakirə edirik. F-35 proqramı texniki olduğu qədər də siyasi prosesdir. Türkiyə haqsız yerə proqramdan kənarlaşdırıldı. Müttəfiqlik ruhu ilə bir araya sığmayan bu addımı biz həmişə tənqid etmişik”, – Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə edib.

“Texniki səviyyədə danışıqlar başlayıb. Ümid edirəm ki, irəliləyiş əldə edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*