“Facebook” əməkdaşlarının məlumatları oğurlandıbackend

"Facebook" əməkdaşlarının məlumatları oğurlandı

2018-ci ildə “Facebook” şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb.

KONKRET.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, şifrələnməmiş sərt disklərdə işçilərin adları, bank hesablarının nömrələri, sosial təminat nömrələrinin son dörd rəqəmləri, maaş və bonuslar haqqında məlumatlar olub.

Bildirilir ki, oğurlanan sərt disklərdə istifadəçilər haqqında məlumatlar olmayıb.

Qeyd edilir ki, qarət edilən “Facebook” əməkdaşı sərt diskləri ofisdən kənara götürə bilməzdi və bu səbəbdən ona qarşı intizam tədbirləri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*