“2013-cü ildə bir layihə çərçivəsində Odessaya səfərimiz olmuşdu. Şəhərin səliqə-sahmanından çox odessalıların şəhərlərinin tarixi memarlıq simasını qorumaq üçün təşəbbüsləri mənə xoş gəlmişdi. İş ondadır ki, Qara dənizin Ukrayna sahilləri hər il bir neçə santimetr dənizə doğru sürüşür və bu tektonik dəyişiklik sahil boyu salınmış Odessanın tarixi abidələrinin çöküb aşınmasına səbəb olur”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Cəmaləddin Quliyev feysbukda yazıb.
“Tələbələr könüllü qruplar şəkildə küçələrdə dolaşır, abidlərin bərpası və ya qorunması üçün ianə toplayırdı. Odessa opera binasının qorunması üçün ianə toplayanlara kiçik yardım da etmişdim.
İndi Fantomasın növbəti dəfə coşmasından ya bizim loru dilimizdə desək, beyninin çönməsindən sonra odessalıların min bir əziyyətlə qorumağa çalışdıqları o abidələr viran edilir; “злой каццаб” ancaq dağıtmağı bacarır.
18-ci əsrin sonlarında “pis moskofluların” Türkiyədən qoparıb “Novoya Rossiya” adını verdikləri ərazilər içərisində Odessanın xüsusi rolu vardı. Öz spesifik həyat rəzi, məişəti, mədəniyyəti, dialekti və əhalisi olan şəhərdir. İsveçlidən, fransızdan tutmuş moldavan, alban, yunan (müxətlif icmaları), yəhudilərədək onlarla etnik-dini icma qəribə şəkildə əriyib qarışaraq rus dilinin spesifik ləhcəsində danışan odessalı kimliyini yaradıblar. Təbii ki, bu zaman aşkenazi (Avropa yəhudləri) və slavyan ünsürləri daha qabarıq olub. Odur ki, hələ 2010-cu illərin əvvələrində Rusiyanın Krım da daxil olmaqla bütün keçmiş Novaya Rossiyaya iddiaları səslənəndə Donbasla bərabər Odessanın da qarşıcağı, burdan da Besarabiyaya (Dnestranıya) çıxacaqları və Yekaterinanın favoritləri ilə birgə qazandığı o torpaqları asan yolla Rusiyaya birləşdirəcəklərini güman edirdilər. Amma odessalılar Rusiyanı məyus etdi. O zaman rus şovinizmin ruporlarından olan Nikita Mixalkov (Rüstəm İbrahimbəyovun keçmiş dostu, onun ssenarisi ilə çəkdiyi filmə görə “Oskar” almış rus rejissoru) odessalıları “banderaçılar” adlandıraraq öz aləmində guya təhqir etmişdi. Odessalılar yalnız Mixalkova deyil, onun kimi düşünən rusiyalıların hamısına layiqli bir cavab verdilər: “Biz banderaçıyıq, sən bandarloqsan (Kiplinqin “Cəngəllik kitabı”nda yaddaşsız, kimliyi olmayan meymunlar xalqının urdu – hindustani dilindəki adı).
Məsələ belədir ki, Mixalkovlar özlərinə əsilzadə keçmişi düzəltmək üçün əcdadlarının Litva Knyazlığından gəlmə zadəgan qərbi rus (yəni ukraynalı və ya belarus) olduqlarını iddia edirlər. Ukraynanı işğala səsləməklə o, tarix vətənlərinə qarşı xəyanət edirdi, ya da kimlik yaddaşını itirmiş bandarloq kimi çıxış edirdi.
Öz tarixini Kyev knyazlığından, Rürikoviçlərdən başlayanların Ukraynanı yerlə yeksan etməyə çağırmaları, xəyali Sannikov torpağı ilə müqayisə etmələri, hər dəqiqə başı nüvə şantajına əl atmaları da bandarloqluqdur. Provaslav kilsəsini, bir zamanlar rus balet və operalarının səhnələşdirildiyi tarixi binaları dağıtmaq bandarloq əməlidir. Bandarloq rejissor -rus ziyalısının, klaviatura pələngi bandarloq Ayızadə isə rus məmurunun əsl simvollarıdır”, – deyə o bildirib.
KONKRET.az