Fariz Babayev vəzifəsindən azad olundubackend

Fariz Babayev vəzifəsindən azad olundu

Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Bizim Lənkəran” feysbuk səhifəsində məlumat verilib.

Xəstəxananın direktoru tibb üzrə fəlsəfə doktoru Fariz Babayev öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.

2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.

Fariz Babayev həm də həvəskar bəstəkardır. Tanınmış şair Həbib Səfərovun müəllifi olduğu “Lənkəran” şeirinə Fariz Babayev musiqi bəstələmişdir (Cavad Rəcəbovun oxuduğu məşhur “Lənkəran” mahnısı). Fariz müəllimin bəstəkarı olduğu “Lənkəran” mahnısı Lənkəranın brendidir, dillər əzbəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*