Ailə quranda valideynin sözünə qulaq asın. Onların xeyir-duasını alın. Qayınanam yaxşı olsaydı, birinci ailəm dağılmazdı…”
KONKRET.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.
Qayınanasından danışan sənətçi onun “əzazil” adlandırıb:
“Qoy danışım, qulaqlarına çatsın. İndi də eşidirəm ki, gəlinlərinə zülm verir. Evi ayrıdır. İki oğlunun da evinin açarı özündədir. Nə vaxt istəsə, girir-çıxır. Mənim yerimdə olan gəlin var. Ondan gizlədirlər məni. Guya heç olmamışam. O boyda qızı var, babadır. Amma danır”.