Fələstin növbədənkənar prezident və parlament seçkilərinə gedirbackend

Fələstin növbədənkənar prezident və parlament seçkilərinə gedir

34-cü Ərəb Dövlətləri Liqasının Bağdaddakı sammitində keçirilən müzakirələrin yekununda Fələstin ərazilərində Qəzza zolağı, İordan çayı qərb sahili və Şərqi Qüds daxil olmaqla növbəti il ərzində prezident və parlament seçkilərinin keçirilməsi qərara alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın INA agentliyinin yaydığı bəyannamədə qeyd olunub:

“Xalq yalnız demokratik seçkilər yolu ilə öz qanuni nümayəndələrini seçə bilər. Bu səbəbdən ümumi seçkilər bir il ərzində keçirilməlidir. Lazımi şəraitin yaradılmasını təmin etməyə çağırırıq.”

Bəyannamədə həmçinin bütün tərəflərdən seçkilərin azad və şəffaf keçirilməsi üçün zəruri tədbirləri görmək tələb olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*