Hollandiyanın Baş naziri Mark Rutte:
İsrailin baş naziri Benyamin Netanyahuya daha çox humanitar yardımın Qəzza zolağına çatmasına icazə verməli olduğunu bildirdim.
KONKRET.az xəbər verir ki, bu sözləri Hollandiyanın Baş naziri Mark Rutte deyib.
Ruttenin sözlərinə görə, təhlükəsiz İsraillə yanaşı fələstinlilər üçün də təhlükəsiz bir dövlət qurulmalıdır.
“Fürsətdən istifadə edərək, xüsusən bu qaranlıq zamanda bu mövzuda söhbəti yenidən başlamağa çalışmalıyıq”, – nazir bildirib.