İran prezidenti İbrahim Rəisi müsəlman ölkələrini Fələstinə dəstək verməyə çağıraraq, fələstinlilərin hüquqları nəzərə alınmadan heç bir dünya nizamının formalaşa bilməyəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Bəşər Əsədlə söhbətində deyib.
Rəisi bildirib: “İsrail bütün beynəlxalq müqavilələrə zidd olaraq Qəzzanı tamamilə mühasirəyə alıb və ikili standartlardan istifadə edir. Bu gün bütün müsəlman ölkələri və dünyanın bütün azadlıqpərəstləri İsrailin Fələstin xalqına qarşı etdiklərinə son qoyan əməkdaşlığa nail olmalıdırlar. Buna uyğun olaraq, İran İslam ölkələrinin liderləri ilə əlaqə saxlamaqla bu koordinasiyaya ən qısa zamanda nail olmağa çalışacaq”, – Rəisi qeyd edib.
Əsəd də öz növbəsində konsensusun əldə edilməsi prosesini sürətləndirməyə çağırıb.
Ariz Həsənoğlu,
KONKRET.az