“Ferentsvaroş”dan “Qarabağ”a qarşı təxribatbackend

"Ferentsvaroş"dan "Qarabağ"a qarşı təxribat

Macarıstanın “Ferentsvaroş” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu “Qarabağ”a qarşı təxribata yol verib.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Budapeşt təmsilçisinin rəsmi saytında “Qarabağ” Ermənistan çempionu kimi təqdim olunub.

Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər:

“Çərşənbə axşamı (19 avqust – red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın “Noa” və Bolqarıstanın “Lüdoqorets” klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib”.

Məsələ ilə bağlı açıqlama verən “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev bildirib ki, “Ferentsvaroş” təxribatçı əməlinə görə üzr istəyib:

“Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*