Fərhad Əhmədovun keçmiş xanımı öz oğlunu məhkəməyə verdi – QALMAQALbackend

Fərhad Əhmədovun keçmiş xanımı öz oğlunu məhkəməyə verdi - QALMAQAL

İngiltərədə keçmiş senator Fərhad Əhmədovun həyat yoldaşı və oğlu Teymurla bağlı məhkəmə dinləmələri başlayıb. İngilis cəmiyyəti və yerli mediaya görə, belə bir iş qeyri-adi bir şeydir. Çünki öz anası oğlunu məhkəməyə verir.

KONKRET.az xəbər verir ki, bu barədə xəbəri Rusiyanın “Qlavnoye.net” portalı yayıb. Xəbərdə deyilir ki, “Qadına görə 27 yaşlı oğlu atası ilə sövdələşərək  adlarına olan əmlakları gizlədiblər. Tatyana Əhmədovanın fikrincə, bu razılaşmaların məqsədi 2016-cı ildəki məhkəmə  boşanmasında tələb olunan 600 milyon dolları ödəməməkdir”.

Jurnalistlərin yazdığına görə, iddiaya görə keçmiş əri sərvətini məhkəmə zamanı və sonradan oğlu Teymurun adına rəsmiləşdirirb. Nəticədə Teymur son vaxtlar Londonun ən bahalı bölgəsindəki daşınmaz əmlak, Moskvanın mərkəzində bir malikanə və çoxlu sayda bahalı müasir sənət əsərləri alıb. Bundan əlavə, son iki ildə Temurun bank hesablarına 100 milyon dollar köçürmə həyata keçirilib.

Məhkəmə iclası başlamazdan əvvəl Əhmədovun mənzillərində saatlarla axtarış aparılıb. Polisin fikrincə, mənzildə maliyyə maxinasiyaları ilə əlaqəli məlumatlar saxlanıla bilər. Bununla paralel hakim və vəkillər üç gün Teymuru sorğu-sual ediblər. Nəticədə altı yüz səhifəlik bir protokol tərtib edilib. Məhkəmə davam edir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*