Rusiyalı jurnalist Fəridə Kurbanqaleyeva xarici agent kimi tanınıb.
KONKRET.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi “Rossiya-1” telekanalında “Vesti” verilişinin keçmiş aparıcısı jurnalist Fəridə Kurbanqaleyevanı xarici agentlərin reyestrinə daxil edib.
Siyahıda həmçinin, “Tarakanların” keçmiş solisti Dmitri Spirin, aktivist Daria Heiniken, politoloq Konstantin Paxalyuk, hüquqşünas və müəllim, İnsan Hüquqları Şurasının keçmiş üzvü İlya Şablinski də var.
Burhan,
KONKRET.az