Fəridi İrana çağıran iranlı qız kəşfiyyatçı olub? – İLGİNC DETALLARbackend

Fəridi İrana çağıran iranlı qız kəşfiyyatçı olub? - İLGİNC DETALLAR

“İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli olayında diqqətimi iranlı qızın kimliyi çəkib. Fəridin anasının sözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb”.

KONKRET.az xəbər verir ki, bunu Elxan Şahinoğlu deyib.

Ekspert ehtimal edib ki, həmin qız İran kəşfiyyatına işləyə bilər:

“Bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlib. Ancaq qız İstanbula gəlməyib və telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur. İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər. Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Mən də belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. Həmin qız ölkəsinə gətirdiyi Fəridə “casus” damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib”.

Xatırladaq ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə 2 il müddətinə həbs edilib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*