FETÖ-nün Orta Asiya şefi HƏBS EDİLDİbackend

FETÖ-nün Orta Asiya şefi HƏBS EDİLDİ

MİT-in (Milli İstihbarat Təşkilatı) əməliyyatı ilə Qırğızıstanda tutularaq Türkiyəyə gətirilən FETÖ-nün Orta Asiya şefi Orxan İnandı “silahlı terror təşkilatını idarə etmək” ittihamı ilə 21 il həbs cəzasına məhkum edilib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Ankara Ağır Cəza Məhkəməsində keçirilən iclasda müttəhim Orxan İnandı və vəkilləri iştirak edib.

Müttəhimin ifadəsindən sonra qərarını açıqlayan məhkəmə “Sapat” Qırğızıstan-Türk liseyləri şəbəkəsinin keçmiş direktoru Orxan İnandıya 21 il həbs cəzası verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*