Filipp Kirkorov Xalq artisti adından məhrum edilə bilərbackend

Filipp Kirkorov Xalq artisti adından məhrum edilə bilər

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov Xalq artisti adından məhrum edilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə açıqlamasında Rusiya Federasiyasının Əməkdar hüquqşünası İvan Solovyov bildirib. O deyib ki, Filipp Kirkorov peşə etikasının və əxlaq normalarının pozulması, habelə nalayiq davranışa görə fəxri adını itirə bilər.

Qeyd edək ki, “Mutabor” klubunda çılpaq geyimlə iştirak edən Filipp Kirkorovun Xalq artisti titulundan məhrum edilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət edilib. Öz növbəsində müğənninin vəkili Aleksandr Dobrovinski bildirib ki, bloger Anastasiya İvleyevanın “Mutabor” klubunda keçirilən gecəsində iştirak etməsi Xalq artisti adından məhrum etmək üçün əsas ola bilməz.

İvan Solovyov isə deyib ki, “Rusiyanın xalq artisti” adı hansısa müğənni yaxşı oxuduğu üçün deyil, onun şəxsiyyəti və yaradıcılığı insanların qəlbində əks-səda doğurduğuna görə verilir.

“Bu addan məhrum edilməsinin aydın hüquqi proseduru var. “Xalq artisti”nin mənəvi keyfiyyətləri və ya hərəkətləri dövlət üçün tələb olunan yüksək standartlara cavab vermirsə, bu, peşə etikasının və əxlaq normalarının pozulmasıdır”, – deyə Solovyov vurğulayıb.

Onun sözlərinə görə, müğənni fəxri addan və dövlət təltiflərindən məhkəmənin hökmü ilə məhrum edilə bilər və bu məsələ vətəndaşı fəxri ada layiq görülməyə təqdim etmiş dövlət orqanı tərəfindən qaldırıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*