Finlandiya xarici işlər naziri: “Rusiya üçün əsas təhlükə onun özüdür”backend

Finlandiya xarici işlər naziri: “Rusiya üçün əsas təhlükə onun özüdür”

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Qərbdə düşmən axtaran Rusiya üçün əsas təhlükənin özü olduğunu vurğulayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yle” nəşri yazıb.

Mənbə qeyd edir ki, Valtonen bunu Helsinkidə ölkə səfirləri ilə keçirilən illik görüşdə deyib.

“Finlandiya Rusiyaya təhlükə yaratmır və Rusiya bizim düşmənimiz deyil. Bizim “düşmənimiz” Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarıdır. Kreml qeyri-qanuni olaraq ərazilərini genişləndirmək istəyir, ancaq bu, beynəlxalq hüquqa ziddir”, – Valtonen vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*