Finlandiyadan Rusiyaya sərhəd QADAĞASIbackend

Finlandiyadan Rusiyaya sərhəd QADAĞASI

“VR Transpoint” (Finlandiyanın dəmir yolu operatoru olan “VR Group”un strukturu) bazar günündən etibarən Rusiyadan yük vaqonlarının hərəkətini dayandırıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, “VR Group”un məlumatına görə, vaqonların Finlandiyadan Rusiyaya qaytarılması hələlik davam edəcək.

“VR Transpoint”in vitse-prezidenti Martti Koskinen “Rusiya Dəmir Yollarına tətbiq edilən sanksiyalara görə bu ölkə ilə Finlandiya arasında yük daşımalarının davam etdirilməsi artıq mümkün deyil.

“VR Group” Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara əməl etməyə borcludur”, deyə o bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*