Florida qubernatoru prezident seçkilərində İŞTİRAK EDƏCƏKbackend

Florida qubernatoru prezident seçkilərində İŞTİRAK EDƏCƏK

Florida qubernatoru Ron Desantis 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Qeyd edək ki, Desantis prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

Belə ki, müvafiq məlumat ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

Qeyd edək ki, 44 yaşlı Ron Desantis Respublikaçılar Partiyasını təmsil edir və Donald Trampla prezidentliyə namizədlik uğrunda mübarizə aparacaq. Mətbuatın yazdığına görə, qubernator keçmiş Amerika liderinin Respublika düşərgəsində əsas rəqibidir.

“NBC” telekanalının aprel sorğusuna əsasən, respublikaçı seçicilərin ən azı 31%-i ilkin seçkidə Desantisi dəstəkləyəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*