Forbes jurnalı 2020-ci ildə ən çox qazanan rus milyarderlərinin reytinqini açıqladı. Senator Süleyman Kərimov onun lideri oldu.
KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Nəşrə görə, Kərimovun bu il sərvəti, ilk növbədə qızılın qiymətlərinin qalxması səbəbindən 11 milyard 555 milyon dollar artdı. Bir il ərzində senator ailəsinin gəlirləri 100%-dən çox artdı. Və sərvəti 20 milyard 913 milyon dollara qədər artdı (20 dekabr tarixinə). Kərimovlar ailəsi Polyus qızıl mədən şirkətində və Mahaçqala beynəlxalq hava limanında səhmlərin 78,6 % -nə sahibdir.
İkinci mövqedə bir il içində 5 milyard 413 milyon dollar (26.19 milyard dollara) qazanan “NLMK”-nın ortaqlarından olan Vladimir Lısin qərar tutub. İlk üçlüyü “USM Holdinqs”-in ortaq sahibi Alişir Usmanov qapadır. O, bu il sərvətini 3 miyard 636 milyon artırıb (16.182 milyard dollara qədər).
KONKRET.az