“Formula 1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Vətən müharibəsinin şəhid və qazi ailələrinə pulsuz bilet verilib.
Bakı Şəhər Halqasından (BŞH) KONKRET.az-a verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.
BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyiblər.
Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula 1”-ə tamaşa etməsi planlaşdırılır.