“Formula 1” Azərbaycan Qran-prisinin vaxtı açıqlandıbackend

“Formula 1” Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

“Formula 1″də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu il ərzində rekord sayda – 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə olacaq.

Təqvimə ilk dəfə daxil edilmiş Mayami Qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabidə yekun vurulacaq.

Bu il həmçinin, Sinqapur, Melburn və Monreal Qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib.

Azərbaycan Qran-prisi isə 12 iyunda olacaq.

“Formula 1″də 2022 mövsümünün təqvimi (Bakı vaxtı ilə)

1. Bəhreyn Qran-prisi – 20 mart saat 19:00

2. Səudiyyə Ərəbistanı Qran-prisi – 27 mart saat 21:00

3. Avstraliya Qran-prisi – 10 aprel, saat 09:00

4. Emiliya-Romanyi Qran-prisi – 24 aprel saat 17:00

5. Mayami Qran-prisi — 8 may saat 23:30

6. İspaniya Qran-prisi — 22 may saat 17:00

7. Monako Qran-prisi — 29 may saat 17:00

8. AZƏRBAYCAN QRAN-PRİSİ — 12 iyun saat 15:00

9. Kanada Qran-prisi — 19 iyun saat 22:00

10. Böyük Britaniya Qran-prisi — 3 iyul saat 18:00

11. Avstriya Qran-prisi — 10 iyul saat 17:00

12. Fransa Qran-prisi — 24 iyul saat 17:00

13. Macarıstan Qran-prisi — 31 iyul saat 17:00

14. Belçika Qran-prisi — 28 avqust saat 17:00

15. Niderland Qran-prisi — 4 sentyabr saat 17:00

16. İtaliya Qran-prisi — 11 sentyabr saat 17:00

17. Rusiya Qran-prisi — 25 sentyabr saat 15:00

18. Sinqapur Qran-prisi — 2 oktyabr saat 16:00

19. Yaponiya Qran-prisi — 9 oktyabr saat 09:00

20. ABŞ Qran-prisi — 23 oktyabr saat 23:00

21. Meksika Qran-prisi — 30 oktyabr saat 23:00

22. Braziliya Qran-prisi — 13 noyabr saat 22:00

23. Abu Dabi Qran-prisi — 20 noyabr saat 17:00

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*