Mixael Şumaxerin oğlu, almaniyalı yarışçı Mik Şumaxer Monakoda keçirilən “Formula 1” yarışının növbəti mərhələsi zamanı qəza keçirib.
KONKRET.az xəbər verir ki, pilot avtomobilini beton səddə çırpıb.
Pilotun özü xoşbəxtlikdən xəsarət almasa da avtomobili iki yerə parçalanıb.
Dərhal trasa təhlükəsizlik maşını daxil olub və yarış dayandırılıb.
Xatırladaq ki, bu yeddiqat çempion Mixael Şumaxerin 23 yaşlı oğlu Mik Şumaxerin “Formula 1”-də ikinci mövsümüdür.