“Formula 1” üzrə Rusiya qran-prisi ləğv olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Formula 1” şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələrdən sonra Ukrayna ilə müharibə şəraitində Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkün olduğu düşünülüb və belə qərar verilb.
Qeyd edək ki, Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.