Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” üzrə sprint yarışında yaşanıb.
“Prema”nin pilotu Dennis Xauqerin bolidi qoruyucu səddə çırpılıb.
14-cü dövrədə Teo Purşeri ötməyə çalışarkən səhvə yol verən norveçli idarəetməni itirib. Nəticədə 19 yaşlı pilot iştirakını başa vurub.