Fransa – Albaniya oyununda rəzalət: Albaniya əvəzinə Ermənistan…backend

Fransa - Albaniya oyununda rəzalət: Albaniya əvəzinə Ermənistan...

“AVRO-2020″nin seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Fransa – Albaniya matçında kuryoz hadisə yaşanıb.
Konkret.az “Qaynarinfo”ya istindən xəbər verir ki, matçdan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib.
Bu azmış kimi, stadionun diktoru bu cür yanlışlığa görə də Ermənistandan üzr istədiklərini bildirib. Albanlar isə doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Nəticədə qarşılaşmanın startı təxminən 5-6 dəqiqə gecikib.
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*