Fransa “beyin ölümü” keçirir – Ölkədə tarixin ən böyük hadisəsi yaşanır – FOTOLARbackend

Fransa “beyin ölümü” keçirir – Ölkədə tarixin ən böyük hadisəsi yaşanır - FOTOLAR

Ötən il Emmanuel Makronun pensiya islahatları ilə bağlı hazırladığı layihə Fransada bu gün tarixin ən böyük etirazı ilə üz-üzə qalıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Makronun gündəmi dəyişən mübahisəli qanun layihəsi bütün ölkəni iflic edib.

Ötən ildən “sarı jiletlilər”in başlatdığı, 1 ildən çoxdur davam edən və ardı-arası kəsilməyən etiraz aksiyaları artıq bu gün ölkəni blok edib.

Pensiya yaşının yüksəldilməsinə, pensiya təyinatı zamanı  məmur və işçi ayrı-seçkiliyinə qarşı ayağa qalxan bir çox sektor işçiləri ölkə miqyasında müddətsiz tətil elan edib. Belə ki, Fransa Milli Dəmir Yolları Şirkəti,  “Air France” hava yolu şirkətinin işçiləri də daxil olmaqla polislər, həkimlər, tibb bacıları, xəstəxana işçiləir, tələbələr, məmurlar, hüquqçular, sürücülər, müəllimlər və hətta xəstəxananın təcili yardım işçiləri də kütləvi etiraza qoşularaq işləməkdən imtina ediblər.

Ölkənin hər növ əlaqə vasitələri işləmir. Parisdə metronun fəaliyyəti tamamilə dayanıb, uçuşların 65 faizi təxirə salınıb. Məktəblərin əksəriyyətində dərslər də dayandırıldığı üçün şəhər qorxunc bir vəziyyət alıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*