Fransanın qaranlıq keçmişi barədə qandonduran detallar açıqlanıb.
KONKRET.az çoxlarının bilmədiyi ilginc faktları təqdim edir:
Fransa 1917-ci ildə Çadın işğalı zamanı 400 müsəlman alimi toplayıb və başlarını kəsib.
Fransa 1852-ci ildə Əlcəzairin Laqua şəhərinə girəndə əhalisinin üçdə ikisini odda yandıraraq məhv edib.
Fransa 1960-1966-cı illər arasında Əlcəzairdə 17 nüvə sınağı keçirib və nəticədə 27.000 ilə 100.000 arasında itki olub. Onun təsirləri bu günə qədər davam edir.
Fransa 1962-ci ildə Əlcəzairdən çəkiləndə o vaxtkı Əlcəzairin bütün əhalisindən daha çox, yəni 11 milyon mina yerləşdirib.
Fransız tarixçisi Jak Yurki Fransanın 1830-cu ildə gəlişindən 1962-ci ildə gedənə qədər Əlcəzairdə öldürülənlərin ümumi sayının 10 milyon müsəlman olduğunu təxmin edir.
Fransa Tunisi 75 il, Əlcəzairi 132 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğal edib.
Fransa məşhur yürüşləri ilə Misirə girəndə fransız əsgərləri atları ilə məscidlərə girir, qadınları ailələrinin gözü qarşısında zorlayırdı. Məscidlərdə içki içir, bəzi məscidləri atları üçün tövləyə çevirirdilər.
Bu gün bəzi insanlar Fransa sivilizasiyası ilə fəxr edir, hətta onu müdafiə edir. Onun qara tarixini unutdurmaq qəribədir.
Xuraman Etibarlı,
KONKRET.az