Fransa İsrailin mübarizəsini dəstəkləyir – Makronbackend

Fransa İsrailin mübarizəsini dəstəkləyir - Makron

Fransa İsrailin terror qruplaşmalarına qarşı mübarizəsini dəstəkləyir, lakin məqsədyönlü əməliyyatlar keçirməyi müdafiə edir.

KONKRET.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron prezident İsaak Hersoqla görüşü zamanı bildirib.

“Terrorla mübarizə bizim borcumuzdur. Mən sizin səsləndirdiyiniz fikirləri bölüşürəm, lakin terrorçu qruplara qarşı ciddi mübarizə aparmaq və məqsədyönlü əməliyyatlar təşkil etmək zərurətdir”, – Makron deyib.

Makron əmin edib ki, Paris İsrail və bütün region üçün “sülh, təhlükəsizlik və sabitliyin bərpası” üçün əlindən gələni edəcək.

O, Fələstinin Həmas hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsini “heç bir fərq qoymadan” öz prioritetlərindən biri adlandırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*