Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirdibackend

Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirdi

Fransa polisi 3 ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirib.

KONKRET.az-ın xarici mediaya istinadla məlumatına görə, qanun keşikçiləri oğru şəbəkəsinin malları gizlətdiyi yeri müəyyən ediblər.

Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilərək götürülüb.

Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. 1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. Məhkəmə yanvar ayına təyin edilib. Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*