Fransa prokurorluğu milyarderin qızına görə HƏRƏKƏTƏ KEÇDİ – FOTObackend

Fransa prokurorluğu milyarderin qızına görə HƏRƏKƏTƏ KEÇDİ - FOTO

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimovun qızı Gülnarənin Rivierada bir neçə dəbdəbəli villaya sahib olduğu ortaya çıxandan sonra Fransada bir qrup prokuror araşdırmaya başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Paris prokurorluğu 32 yaşlı Gülnarə Kərimovanın villaları necə aldığını araşdırmaq niyyətindədir.

Söhbət milyarderlər körfəzi adlanan ərazidəki dörd villadan gedir.

Məlumata görə, yoxlama Fransanın çirkli pulların yuyulmasına qarşı mübarizə orqanının iyun hesabatının dərcindən sonra başlayıb. Sənədə əsasən, xanım Kərimova mülkiyyəti almaq üçün 268 milyon avro xərcləyib, vəsaitin böyük hissəsini isə qardaşı Səid verib.

Kərimovlar ailəsinin vəkil Nikita Sıçev əməliyyatın qanunsuz olduğuna dair bütün iddiaları rədd edib.

Qeyd edək ki, Süleyman Kərimov Fransada pulların yuyulması və vergidən yayınmada şübhəli bilinir. O, 2017-ci ildə Nitsada saxlanılsa da, 40 milyon avro girov müqabilində sərbəst buraxılıb. Məhkəmənin icazəsi ilə o, vaxtaşırı Rusiyaya səfər edib. 2019-cu ildə ona qarşı yeni ittihamlar irəli sürülüb. “Bloomberg” iş adamının sərvətini 10,9 milyard dollar qiymətləndirir. Kərimov 2018-ci ildən ABŞ sanksiyaları altındadır. Noyabr ayında onun qızı Gülnarə də sanksiyalara məruz qalıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*